Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:56

Mehdi Mehdiyevin məhkəmə prosesi təxirə salınıb


Keçmiş Ədliyyə Polisinin rəisi Mehdi Mehdiyevin işi ilə bağlı Səbail Rayon Məhkəməsində gedən məhkəmə prosesi fevralın 6-na qədər təxirə salınıb.


Mehdi Mehdiyev 2003-cü il prezident seçkisi zamanı kütləvi iğtişaşların təşkilində və jurnalist Sahil Kərimlini döyməkdə ittiham edilir. Üç il axtarışda olan təqsirləndirilən ötən il sentyabrın 12-də polisə könüllü təslim olub. O, hər iki ittihamı təkzib edir. Yanvarın 29-da Mehdi Mehdiyevin yeni vəkili Tufan Kərimli vəsatət verərək işlə tanış olmaq üçün məhkəmənin təxirə salınmasını xahiş edib. Hakim Alim Namazov vəsatəti təmin edib.


Mehdi Mehdiyevin keçmiş vəkili Səməd Pənahov iki həftə əvvəl dünyasını dəyişib.


XS
SM
MD
LG