Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

Daykənd kəndində bütün evlərdə müayinələr aparılır


Yanvarın 29-u «quş qripi» ilə bağlı növbəti monitorinq başlayıb

Yanvarın 29-u «quş qripi» ilə bağlı növbəti monitorinq başlayıb

Yanvarın 29-u «quş qripi» ilə bağlı növbəti monitorinq başlayıb. Baytarlıq Xidmətinin rəsmisi Yolçu Xanvəli deyir ki, monitorinqlər ilk gün Abşeron yarımadasında və Pirallahı adasında, yanvarın 30-da Dəvəçi rayonunda, növbəti günlər isə Salyan Ağcabədi, Lənkəran rayonlarında aparılacaq. Monitorinqləri Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlın Xidməti, Səhiyyə Nazirliyi, Ekologiya və Təbi Sərvətlər Nazirliyi və Ovçular Birliyi həyata keçirir.


Yanvarın 28-i səhər «quş qripi» xəstəliyində şübhəli bilinən Salyan rayon Daykənd sakini 14 yaşlı Əjdər Əsgərov dünyasını dəyişib. Azərbaycanda aparılan müayinədə onun analizlərində virus aşkarlanmasa da həmin nümunələrin Umumdünya Səhiyyə Təşkilatının laboratoriyalarından birinə göndərilməsi gözlənilir.


Salyan rayon xəstəxanasının baş həkimi İbrahim Cəfərov deyir ki, onların həkim briqadaları Daykənd kəndində olaraq ev-ev gəzib müayinələr aparırlar. Baş həkimin sözlərinə görə həmin kənddə hələ ki, «quş qripi»nə yoluxmaqda şübhəli bilinən əlavə xəstələr yoxdur. Onun sözlərinə görə, 4 gün əvvəl əsgərovlar ailəsində daha bir uşağın qızdırması yüksəlsə də sonradan hər şey qaydasına düşüb. İndi həmin uşağın səhhətində heç bir problem yoxdur…


Günün bütün mövzuları

XS
SM
MD
LG