Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:25

«Quş qripi»nə yoluxmada şübhələnilən Salyan rayon sakini vəfat edib


Ötən il virusun aşkarlandığı ocaqda dəfələrlə dezinfeksiya işləri aparılıb
Ötən il virusun aşkarlandığı ocaqda dəfələrlə dezinfeksiya işləri aparılıb

«Quş qripi» virusuna yoluxma şübhəsi ilə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə olunan Salyan rayon sakini vəfat edib. Rayonun Dayıkənd kəndinin 14 yaşlı sakini Əjdər Əsgərov yanvarın 27-dən 28-ə gecə xəstəxanada dünyasını dəyişib. Bu məlumatı Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərovdan almışıq.


Ötən həftə Bakıdakı Ağ Ciyər Xəstəlikləri İnstitutuna yerləşdirilən Əjdər Əsgərovun analizləri Bakıdakı laboratoriyada müayinə olunmuşdu. Səhiyyə Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yaydığı birgə məlumatda bildirildi ki, onun analizlərində «quş qripi» virusu aşkarlanmayıb. Analizlər həm də Ümumdünya Səhiyyə Təşkilatının laboratoriyalarından birinə göndərilməlidir.


Əjdər Əsgərov ötən il Salyan rayonunun Dayıkənd kəndində «quş qripi» virusundan vəfat edənlərin yaxın qohumudur.


Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov deyir ki, ötən il virusun aşkarlandığı ocaqda dəfələrlə dezinfeksiya işləri aparılıb. Ötən bir ildə isə həmin kənddə nə xəstə, nə də ölü quşlara rast gəlinməyib. Keçən il Azərbaycanda «quş qripi» virusundan dünyasını dəyişən beş nəfərdən üçü bu kəndin sakinləri idi. Mərhum Əjdər Əsgərov da həmin üç nəfərin yaxın qohumlarındandır.


Dövlət Baytarlıq Xidməti bu mövsümdə hələlik Azərbaycanda «quş qripi» aşkarlanmadığını, amma çöl quşları ilə təmasların qadağan edildiyini bildirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG