Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

Tələbələr imtahanlara nəzarət etmək imkanı qazanıblar


Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Daşqın Rəcəbli, 17 yanvar 2007

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Daşqın Rəcəbli, 17 yanvar 2007

Yanvarın 8-dən tələbələrin dərdi təzələnib. Ali məktəblərdə sessiya, yəni imtahanlar başlayıb. «14-24» ün budəfəki mövzusu da imtahanlarla bağlıdır. Verilişdə tələbələrin imtahanlara necə hazırlaşdıqlarından, psixoloqların imtahana gedən tələbələrə tövsiyələrindən və tələbələrin imtahandan sonrakı planlarından danışılır. Bundan başqa, studiyanın qonağı da var. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Daşqın Rəcəbli universitetdə tətbiq olunmağa başlayan yeni ənənədən danışır. Onun sözlərinə görə, bu ildən başlayaraq tələbələr öz imtahanlarına həm də özlərinin nəzarət etməsi imkanını qazanıblar. Belə ki, Tələbə Gənclər Təşkilatının tələbə üzvləri imtahan gedən dərs otaqlarında bütün imtahan boyu olurlar və tələbələrin hüquqlarını qoruyur, imtahanın gedişində baş verən xoşagəlməz halları qeyd edib rəhbərliyə çatdırırlar.


XS
SM
MD
LG