Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Slovakiya minaaxtaranları İraqı tərk edib


Slovakiya hərbi kontingenti İraqı tərk edib. Bu barədə Slovakiyanın baş naziri Robert Fiso xəbər verib. O deyib ki, beynəlxalq koalisiyaya daxil olan yüz slovak hərbçisi İraqdan qabaqcadan hazırlanmış plan üzrə çıxarılıb.


Polşa komandanlığında olan Slovakiya kontingenti əsasən minaların zərərsizləşdirilməsi ilə məşğul idi.


Lakin 11 zabit İraq qüvvələrinə təlim keçmək üçün hələ İraqda qalacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG