Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:35

Saakaşvili Rusiya ilə münasibətləri tez normallaşdırmağa çağırır


Gürcüstan prezidenti Mixail Saakaşvili hesab edir ki, Moskva və Tbilisi tez bir zamanda münasibətlərini normallaşdırmalıdırlar.


«Exo Moskvı» radiostansiyasına müsahibəsində Saakaşvili qeyd edib ki, tarixi mehriban qonşuluq əlaqələrinin kəsilməsi faciə olardı. Eyni zamanda, o etiraf edib ki, ölkələr arasında əlaqələr təhlükəli həddədir və nə qədər ki, onları bərpa etmək imkanı var, vaxt itirilməməlidir.


Rusiyanın regionda tarixi rolunu qeyd edən Saakaşvili abxaz və osetin münaqişələrinin həllində Rusiyanın iştirakını dəstəklədiyini deyib. Gürcüstan prezidentinin fikrincə, bu problemləri yalnız dialoq yoluyla, ilkin şərt qoymadan həll etmək olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG