Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

Ağır cinayətlərin 65 faizi Bakıda baş verir


Daxili İşlər naziri Ramil Usubov, 27 yanvar 2007

Daxili İşlər naziri Ramil Usubov, 27 yanvar 2007

Daxili İşlər naziri Ramil Usubov nazirliyin yanvarın 27-də keçirilən kollegiya iclasında bildirib ki, respublika üzrə bağlı qalmış cinayətlərin 56 faizi, o cümlədən ağır və xüsusi ağır cinayətlərin 65 faizi Bakıda baş verir.


Nazirin sözlərinə görə, ağır cinayətlər sırasında qəsdən adamöldürmənin 48 faizi, quldurluğun 78, soyğunçuluğun 81 faizi, mənzil oğurluğunun 64 faizi, avtomobil oğurluğunun demək olar ki, hamısı paytaxtda olur:


«Əməliyyat axtarış tədbirləri bəzi ərazi polis orqanlarında az səmərəli olub, cinayətə təsir edən amillərin qarşısı alınmayıb».


Nazir ayrı-ayrı polis idarələrinin fəaliyyətindəki çatışmazlıqlarla bağlı tapşırıqlar da verib.


Ramil Usubov deyir ki, ötən il ölkədə insan alveri ilə məşğul olan 211 cinayət faktı müəyyən edilib, 207 nəfər məsuliyyətə cəlb olunub, 23 cinayətkar qrup və ya dəstə zərərsizləşdirilib.


Cənab Usubovun sözlərinə görə, ümumən ötən il ölkədə 268 cinayətkar dəstə və ya qrup zərərsizləşdirilib. 800 nəfər cinayətkar ifşa olunub, 180 cinayətkar xaricdə tutularaq Azərbaycana gətirilib, onlarla əcnəbi cinayətkar isə başqa ölkələrə verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG