Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:33

«Azərbaycanda işlə təmin olunmaq istəyənlərin sayı 1000-i ötüb»


Miqrant işçilərə məşğulluq kartları verilir, Moskva, 15 yanvar 2007
Miqrant işçilərə məşğulluq kartları verilir, Moskva, 15 yanvar 2007

Rusiya Federasiyanda miqrasiya uçotuna dayanan azərbaycanlıların sayı 15-20 min arasındadır.


Rusiyada yaşayan azərbaycanlıların miqrasiya problemlərinin həllinə yardım məqsədilə yaradılmış işçi qrupun rəhbəri Şakir Səlimov «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, dəqiq rəqəmlər fevralın ortalarında bəlli olacaq.


Şakir Səlimov Azərbaycana qayıdaraq işlə təmin olunmaq istəyənlərin sayının artdığını da deyir. Onun təxmini hesablamalarına görə, Azərbaycanda iş qurmaq istəyənlərin sayı 1000-i ötüb.


Cənab Səlimov Rusiya Federasiyasında azərbaycanlı miqrantlara hüquqi yardım etmək məqsədilə yaradılmış qərargahlara gün ərzində 60-100 nəfərin müraciət etdiyini söyləyir.


Bu il yanvarın 15-də Rusiyada miqrantlar haqda qanun qüvvəyə minib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG