Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:37

İlkin ödənişsiz ipotekanın verilməsinə nə vaxt başlanacaq?


İpoteka predmetinin sığorta məbləği kredit məbləğinin təqribən 0,4-0,5%-i həcmindədir

İpoteka predmetinin sığorta məbləği kredit məbləğinin təqribən 0,4-0,5%-i həcmindədir

İpoteka şərtləri dəyişdirildikdən sonra yeni ipoteka qaydaları ilə bağlı cəmiyyətdə çoxsaylı suallar ortaya çıxıb. Belə suallarla dinləyicilər «Azadlıq» radiosuna da tez-tez müraciət edirlər. Yeni ipoteka şərtlərindən sonra vətəndaşları daha çox düşündürən məsələlərə Azərbaycan İpoteka Fondunun (AİF) Hüquq şöbəsinin müdiri İlham Kələşov aydınlıq gətirir.


-İpoteka şərtləri dəyişdirildikdən sonra real gəlirləri leqallaşmayan şəxslərə hansısa güzəştlər əldə edirlərmi?


-Xeyr, ipoteka kredit almaq üçün əmək haqqı rəsmi təsdiq olunmalıdır.


-Həm güzəştli, həm də adi ipoteka almaq üçün borcalanın aylıq gəlirinə hansısa tələblər irəli sürülür?


-Borcalanın aylıq gəlirinə olan tələb onun götürmək istədiyi kreditin məbləğindən asılıdır. Götürülən ipoteka kreditinin həcmi az olarsa, aylıq ödənişlər də aşağı olur.


-Sığorta şərtləri yüngülləşdirildi. Bundan sonra yalnız əmlak sığortası qaldı. Bu sığorta haqqı nə qədər edir və ümumi ipotekaya nə dərəcədə təsir göstərəcək?


-Hal-hazırda ipoteka predmetinin götürülmüş kreditin məbləğindən az olmayan həcmdə sığortalanması tələb olunur. İpoteka predmetinin sığorta məbləği kredit məbləğinin təqribən 0,4-0,5%-i həcmində təşkil edir.


-Müstəqil qiymətləndiricilər ipoteka ilə alınması nəzərdə tutulan əmlakı qiymətləndirərkən hansı prinsipi : bazar qiymətlərin, yoxsa, dövlət qiymətlərini əsas götürürlər?


-İpoteka predmetinin qiymətləndirilməsi AİF tərəfindən seçilmiş qiymətləndirici təşkilatlar tərəfindən həyata keçirilir. Hazırda onların sayı 11-dir. Qiymətləndiricilər bazar qiymətlərini əsas götürürlər.


-İlkin ödənişsiz ipotekanın verilməsinə nə vaxt başlanacaq?


-Bu ilin birinci rübündə Zəmanət Fondunun yaradılması planlaşdırılır. Fond fəaliyyətə başlayandan sonra ilkin ödənişsiz ipoteka kreditləri götürülə bilər.


-Yeni qaydalardan sonra müvəkkil banklar müraciətlərə konkret nə vaxta qədər cavab verməlidir?


-Ümumiyyətlə, banka müraciət olunandan və tələb olunan sənədlər təqdim edildikdən sonra 14 gün ərzində banklar kreditin verilib-verilməməsi barədə qərarı borcalana bildirməlidirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG