Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:45

Salyan sakininin müayinələrinin nəticələri ÜST-ün laboratoriyasına göndərilib


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunan Salyan rayonunun Dayıkənd kəndinin 14 yaşlı sakininin müayinələrinin nəticələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) referens laboratoriyasına göndərilib. Bu barədə «Azadlıq» radiosuna Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. Onun sözlərinə görə, yanvarın 24-də instituta gətirilən və ikitərəfli pnevmoniya diaqnozu ilə müalicə edilən xəstədə «quş qripi»nin əlamətləri müşahidə edilməsə də, onlar ötən il Dayıkənd kəndində sözügedən virusun aşkarlandığını nəzərə alaraq, xəstənin analizlərini ÜST-ün referens laboratoriyasına göndərmək qərarına gəliblər.


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan verilən məlumata görəsə, hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. İlkin laborator analizləri onda N5N1 virusunu aşkarlamayıb.


XS
SM
MD
LG