Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:46

Müsavatın yürüş-mitinqində ancaq sosial şüarlar səsləndiriləcək


«28 yanvar aksiyasında xalqın fəal iştirakı yaxın aylara gözlənən növbəti bahalaşmaya da mane ola bilər»- Müsavat başqanı İsa Qəmbər bu sözləri yanvarın 26-da partiya qərargahında keçirdiyi mətbuat konfransında deyib. O, aksiyanın siyasi xarakter daşımadığını və yalnız sosial şüarların səsləndiriləcəyini, Tarif Şurasının qərarının icrasını dayandırmağı və əhalinin sosial müdafiəsi üçün tədbirlərin gücləndirilməsini tələb edəcəklərini bildirib.


Müsavat partiyasının yürüş-mitinqi metronun «Həzi Aslanov» stansiyası yaxınlığından Ukrayna meydanınadək keçiriləcək. Aksiya saat 16-da başlayacaq və 2 saat davam edəcək. Bu, 2005-ci ilin 26 noyabr mitinqindən sonra müxalifətin ilk aksiyasıdır ki, onun keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.



Günün bütün mövzuları

XS
SM
MD
LG