Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17

«Azadlıq» bloku Bakıda etiraz aksiyası keçirdi


Yanvarın 25-də blokun nümayəndələri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq xəbərdar olunmuşdular

Yanvarın 25-də blokun nümayəndələri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq xəbərdar olunmuşdular

Polis dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun qiymətlərin artırılmasına etiraz olaraq keçirmək istədiyi aksiyanın qarşısını alıb. Bloka daxil olan partiyaların fəalları Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında bir sıra şüarlar səsləndirsələr də, az sonra polis aksiyaçıları oradan uzaqlaşdırıb.


Bir sıra aksiyaçılar, o cümlədən Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, AXCP funksionerləri Fuad Qəhrəmanlı və Həsən Kərimov polis tərəfindən saxlanıb.


AXCP Mətbuat Xidmətinin rəhbəri İshaq Əvəzoğlunun sözlərinə görə, polisin saxladığı 10 nəfər buraxılıb, dörd nəfər isə hələ də Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində saxlanır.


«Azadlıq» bloku qiymətlərin qaldırılmasına etiraz olaraq yanvarın 26-da Bakı şəhərinin mərkəzində bir neçə yerdə kütləvi mitinqlər keçirmək barədə qərar qəbul edib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verməyib.


Yanvarın 25-də isə blokun nümayəndələri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq xəbərdar olunublar.


Tarif Şurasının yanvarın 6-da qəbul etdiyi qərara əsasən, ölkədə enirjidaşıyıcıların və bəzi xidmətlərin qiymətləri qaldırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG