Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:37

Anti-terror koalisiyasında xidmət edənlər də müharibə veteranıdırmı?


İndi koalisiya qüvvələri tərkibində anti-terror əməliyyatlarında min gürcü əsgəri xidmət edir
İndi koalisiya qüvvələri tərkibində anti-terror əməliyyatlarında min gürcü əsgəri xidmət edir

Son on beş ildə Gürcüstanda bir neçə müharibə olub. Birinci müharibə Cənubi Osetiyada başladı, bunun ardınca Tbilisidə… Gürcüstanın paytaxtı döyüş meydanına çevrildi. Uzunmüddətli və daha çox qurbana səbəb olan isə abxaz müharibəsi idi. Bu davanın başlandığı günü də, qurtarmasını da hər il Gürcüstanda qeyd edirlər. Bəs son on beş ildə yaşanan müharibələrin iştirakçılarının hazırkı aqibəti necədir?


Hər şeydən əvvəl bu il nəhayət ki, Gürcüstanda nə qədər müharibə veteranının yaşadığı dəqiqləşdirildi. Bir neçə əvvəl onların sayı 130-150 min arasında göstərilirdisə, ötən ilin sonunda aparılan hesablamalar zamanı Gürcüstanda 85 min veteranın olduğu dəqiqləşdi. Bu kateqoriyaya həm İkinci Dünya Müharibəsinin, həm əfqan, həm abxaz müharibəsinin iştirakçıları, eyni zamanda ailə başçısını itirənlər və s. daxildirlər.


Hazırda respublikada müharibə veteranlarının sosial təminatı yönündə bəzi yeniliklər tətbiq olunur. Söhbət güzəştləri pulla əvəzlənməsindən gedir. Əvvəllər veteranların işlətdiyi qazın və elektrik enerjisinin pulu büdcədən ödənirdisə, bu ildən həmin məbləğ onların özlərinə veriləcək. Beləliklə, müharibə əlilləri ayda 44 lari (təxminən 25 dollar), müharibə iştirakçıları isə 22 lari (14 dollar) alacaqlar. Bu xəbər veteranları elə də məmnun etməyib.


«Ən böyük problem odur ki, müharibə veteranlarının 90 faizi işsizdir. Keçmiş müdafiə naziri Okruaşvilinin zamanında onları heç bir izahat vermədən tərxis edərək evə göndəriblər»

Gürcüstan Veteranlar Departamentinin sədri Nukri Tsaqarişveli isə müharibə iştirakçılarının yalnız bəzi sahələrdə nəzərdə tutulan güzəştlərin ləğvindən narazı qaldıqlarını deyir: «Onlar nəqliyyatdan istifadəylə bağlı güzəştlərin ləğvindən narazıdırlar. Güzəştlər həm yerüstü nəqliyyatda, həm də metroda ləğv olunub. Bu bir qədər narazılıq yaradıb».


Veteranların narazılığına bir səbəb də var. İndiyədək onlar ayrıca veteranlar hospitalında müalicə olunurdular, onları müalicə edən həkimlər veteranların hər birinin probleminə, xəstəliklərinə bələd idi. İndisə onlara tibbi polyus verilib və onlar yaşadıqları ərazidəki poliklinikalarda müayinə olunacaqlar. Yeni həkimlə ünsiyyət qurmaq veteranlar üçün çətindir. Üstəlik, indiyədək bir veteran da psixoloji reabilitasiya keçməyib. Gürcüstanda ümumiyyətlə belə proqram yoxdur.


Nukri Tsaqaraşvilinin fikrincə, müharibə veteranları üçün psixoloji reabilitasiya zəruridir. Veteranlar Departamentinin Tbilisidən çox da uzaqda olmayan bir yerdə psixoloji reabilitasiya mərkəzi yaratmaq təşəbbüsü də olub. Ancaq, bunun üçün maliyyə tapılmadığından plan reallaşmayıb. Departamentin daha bir təşəbbüsü də elə ideya səviyyəsində qalmaqdadır. İş ondadır ki, anti-terror koalisiyasına daxil olan silahlı qüvvələrdə xidmət etmiş gürcü döyüşçüləri müharibə iştirakçıları kateqoriyasına aid deyillər. Nukri Tsaqaraşvili: «Mən məsələni belə qoymuşam-əgər Sovet İttifaqının zamanında Əfqanıstanda döyüşənlər müharibə iştirakçısı statusu alırdısa və hətta müstəqil Gürcüstanda belə həmin status qalırsa, koalisiya qüvvələrində xidmət edənlər niyə həmin kateqoriyaya daxil edilməsinlər? Əgər başqa dövlətlər bu adı verirlərsə, biz niyə imtina etməliyik? Nədənsə buna münasibət bildirilmir…» Yeri gəlmişkən, koalisiya qüvvələrində min gürcü əsgəri xidmət edir.


Abxaziyada və Samaçabloda vuruşanlarda iştirak etmiş Georgi isə veteranların mühüm problemi kimi işsizliyi göstərir: «Ən böyük problem odur ki, müharibə veteranlarının 90 faizi işsizdir. Keçmiş müdafiə naziri Okruaşvilinin zamanında onları heç bir izahat vermədən tərxis edərək evə göndəriblər».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG