Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:58

«Gənclər şəhərciyi»nin inşası hələ ki, real deyil


Nazir dövlətin şərtləri ilə razılaşacaq tikinti şirkətinin axtarışındadır

Nazir dövlətin şərtləri ilə razılaşacaq tikinti şirkətinin axtarışındadır

«Gənclər şəhərciyi»nin salınması üçün heç bir tikinti şirkəti nazirliyin müəyyən etdiyi şərtlərlə razılaşmır»-Gənclər və İdman naziri Azad Rəhimov belə deyir. Onun sözlərinə görə, «Gənclər şəhərciyi»nin salınması üçün ötən il dövlət tərəfindən Hövsan qəsəbəsində 3 hektar ərazi ayrılıb. Amma, həmin ərazidə tikinti aparmaq üçün Gənclər və İdman Nazirliyinin büdcəsində heç bir vəsait nəzərdə tutulmayıb. Şərtlərə görə, dövlət yalnız torpaq sahəsinin ayrılması və kommunal xidmətlərin təmin olunması üçün vəsait ayırıb. Bu ərazidə tikinti aparan şirkət isə bunun əvəzində bazar qiymətindən aşağı olmaq şərtilə gənclərə satılması üçün nazirliyə müəyyən sayda mənzil ayırmalıdır. Azad Rəhimovun sözlərinə görə, nazirlik hələ də bu şərtlərlə razılaşacaq tikinti şirkətinin axtarışındadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG