Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:22

Yuri Merzlyakov Arkadi Qukasyanla görüşün konstruktiv keçdiyini deyir


Rusiyalı həmsədr vahid mövqeden çıxış etmək üçün ideya mübadiləsi apardıqlarını bildirib
Rusiyalı həmsədr vahid mövqeden çıxış etmək üçün ideya mübadiləsi apardıqlarını bildirib

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Arkadi Qukasyanla görüşün konstruktiv əhval-ruhiyyədə keçdiyini bildirib. Ermənistanın «Novosti Armeniya» Agentliyinin yaydığı məlumata görə, bu barədə məlumatı rusiyalı həmsədr Xankəndindəki görüşdən sonra jurnalistlərlə söhbətində deyib. Cənab Merzlyakovun sözlərinə görə, onlar görüşdə Dağlıq Qarabağ münaqişəsilə bağlı sonuncu vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər. Görüşün ətraflı və məzmunlu keçdiyini bildirən Yuri Merzlyakova görə, bunu həm onlar, həm də Dağlıq Qarabağ tərəfi üçün faydalı hesab etmək olar. Rusiyalı həmsədr həmçinin bəzi məsələlərlə bağlı vahid mövqeden çıxış etmək üçün ideya mübadiləsi apardıqlarını bildirib.



Cənab Merzlyakov «vahid mövqe var» desə də, danışıqların məxfiliyini pozmamaq üçün onun nədən ibarət olduğunu açıqlamayıb. Agentliyin məlumatına görə, həmsədrlər dekabrın 25-də yenidən Ermənistana qayıdıblar.


Həmsədrlər bundan əvvəl, yanvarın 24-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG