Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

2006-cı ildə İranda 180 nəfər asılıb


Beynəlxalq hüquq müdafiəçiləri İranda daha dörd ərəbin edamını pisləyiblər. Edam edilənlər 2005-ci ildə Ahvaz şəhərində partlayışlar təşkil etməkdə ittiham olunurdular.


«Amnesty International» beynəlxalq insan hüquqlarını müdafiə təşkilatının bəyanatında deyilir ki, məhkəmə prosesi hüquq normalarının aşkar pozulması ilə keçib. Bundan qabaq həmin iş üzrə daha üç nəfər edam olunmuşdu.


Hüquq müdafiəçiləri narahatdırlar ki, İranda icra olunan edam hökmlərinin sayı daim artır. Təkcə 2006-cı ildə 180 nəfər asılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG