Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:42

Bakı aeroportunda Rusiya vətəndaşından qaz tapançası aşkarlanıb


«Azal» Hava Yolları Dövlət Konserndən verilən məlumata görə, yanvarın 25-də saat 7:50 -də Bakıdan Tbilisiyə uçan təyyarəyə bilet almış Rusiya vətəndaşı 1974-cü il təvəllüdlü İmeda Roxvadzenin çantasından bir ədəd qaz tapançası və 200 ədəd patron, 10 ədəd də qaz balaonu aşkarlanıb. Konsernin səlahiyyətli nümayəndəsi Məhərrəm Səfərli «Azadlıq» radiosuna deyib ki, hazırda həmin şəxs Heydər Əliyev adına Beynəlxalq hava limanının polis idarəsində saxlanılır. Yoxlama ilə əlaqədar olaraq Bakı-Tbilisi reysilə uçuş Bakı vaxtıyla saat 17-yə qədər təxirə salınıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG