Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:37

Azərbaycanda əhalinin sayı 8 milyon 533 nəfər olub


Dövlət Statistika Komitəsi, 25 yanvar 2007

Dövlət Statistika Komitəsi, 25 yanvar 2007

Yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 8 milyon 533 nəfər olub. 2006-cı ildə hər gündə 408, hər saatda 17 uşaq doğulub. 52 min nəfər vəfat edib. 77 min nikah qeydə alınıb, 2005-ci illə müqayisədə bu, 8 min 100 nikah artıqdır.


Bunu yanvarın 24-də 2006-cı ilin statistik yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Dövlət Statistika Komitəsinin (DSK) rəhbəri Arif Vəliyev deyib. Ötən il 7800 boşanma qeydə alınıb ki, bu da 2005-ci illə müqayisədə 1001 nəfər azdır. Aşağı yaşlarda nikaha girənlərin sayında isə ötən il çoxalma müşahidə olunub. Ölkəyə daimi yaşamaq üçün gələnlər 2200, daimi gedənlər isə 2600 nəfər olub.


Rusiyada yaşayan azərbaycanlıların sayına gəlincə, Arif Vəliyev bu barədə müxtəlif məlumatların olduğunu deyib. Onun sözlərinə görə, Rusiya Statistika Komitəsindən 2002-ci ildə aldıqları rəsmi məlumatlara görə, həmin vaxt siyahıyaalmada bu ölkədə 621 min azərbaycanlının yaşadığı üzə çıxıb. Məlum olub ki, onların 155 mini Rusiya, qalanları isə Azərbaycan vətəndaşlarıdır.


Cənab Vəliyev deyir ki, onların apardığı hesablamalara görə, hazırda Rusiyada yaşayan 400 min azərbaycanlı hər ay öz ailələrinə orta hesabla 150 dollar vəsait göndərir. DSK sədri deyir ki, Rusiyada yaşayan azərbaycanlıların sayının 2 milyon olması barədə məlumatlar rəsmi rəqəmlərlə təsdiqlənmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG