Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:02

«Azadlıq» blokuna xəbərdarlıq edildi


Bakı polisi icazəsiz aksiyanın qarşısını alacağını bildirib

Bakı polisi icazəsiz aksiyanın qarşısını alacağını bildirib

«Azadlıq» siyasi partiyalar blokunun mitinq komitəsinin üzvlərinə yanvarın 26-na təyin edilən icazəsiz aksiya ilə bağlı Bakı Baş Polis İdarəsinə çağırılaraq xəbərdarlıq ediliblər. Bu barədə «Azadlıq» radiosuna mitinq komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Həsən Kərimovun sözlərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) məsul şəxsləri onlara bəyan ediblər ki, icazəsiz aksiyaya imkan verilməyəcək. Ancaq, mitinq komitəsi hesab edir ki, aksiya keçirmək onların konstitusion hüquqlarıdır. Həsən Kərimovun sözlərinə görə, onlar aksiyanı təxirə salmaq niyyətində deyillər. Bununla belə o, qeyd edir ki, aksiya icazəsiz olduğundan onun yeri ilə bağlı mətbuata əvvəlcədən məlumat vermək istəmirlər.
BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli isə deyir ki, əgər icazəsiz aksiyaya cəhd göstərilərsə onlar qanun çərçivəsində bunun qarşısını alacaqlar.
«Azadlıq» blokunun Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi xəbərdarlıq məktubunda aksiyanın yeri kimi «Azadlıq» meydanı da daxil olmaqla şəhərin 9 ərazisi göstərilmişdi. Ancaq meriya şəhərin mərkəzində olun bu ərazilərdə aksiyaya icazə verilməsini lazım bilməmişdi.


«Azadlıq» bloku ölkədə qiymət artımına etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG