Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinə qoşulması prosesi başladı. Bu ölkədə neftin yataqlardan Xəzər sahilinə daşınması üçün yeni sistemin yaradılmasına start verilib. Qazaxıstan bununla bağlı bir neçə xarici şirkətlə anlaşma memorandumu imzalayıb. Yeni sistem Qazaxıstana imkan verəcək ki, neftini kəmərlə Xəzər sahilindəki terminallara nəql etsin. Sonra isə tankerlər neft Bakıya Sənqaçal terminalına daşınıb və Bakı-Tbilisi-Ceyhan kəmərinə vurulacaq.
Yeni sistem 3 milyard dollara başa gələcək və nəzərdə tutulub ki, 2011-ci iləcən işə düşsün.