Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Əlihüseyn Şalıyevlə bağlı istintaqa xitam verildi


Respublika Prokurorluğu İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin sabiq rəhbəri Əlihüseyn Şalıyevin ölümü ilə bağlı başlanmış istintaqa xitam verib. Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev bildirir ki, istintaq zamanı Əlihüseyn Şalıyevin özünü öldürmə həddinə çatdırılması halı müəyyənləşməyib. Əksinə, istintaq bu qənaətə gəlib ki, intihara sövq olunmayan sabiq departament rəhbəri özü könüllü həyatına son qoyub: «Ekspertiza mərhumun meyidinin yanında tapılan məktubun da onun tərəfindən yazıldığını sübut edib».


Vəzifə səlahiyyətlərindən sui-istifadədə, korrupsiyada ittiham olunan və haqqında həbs-qətimkan tədbiri seçilən Əlihüseyn Şalıyev ötən il avqustun əvvəllərində Ədliyyə Nazirliyinin müalicə müəssisəsində meyidi tapılmışdı. Mərhumun yanında ölümündə heç kimi tərqsirli bilmədiyi yazılmış, ailəsinə ünvanlanmış məktub və birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüc tapıldığı da deyilirdi.


Əlihüsyen Şal ı yevin ailəsi isə ilk gündən intihar versiyasını rədd edirdi. Onun ya öldürüldüyünü, ya da intihar həddinə çatdırıldığını iddia edirdi. Bu məqsədlə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) istintaq başlanmışdı.


Respublika Prokurorluğundan onu da bildirirlər ki, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin istintaqında hər hansı yenilik yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG