Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:57

Tarif Şurası məhkəməyə verildi


Hüquqşünas İntiqam Əliyev
Hüquqşünas İntiqam Əliyev

Bir neçə hüquqşünas – İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Rəşid Hacılı, Ələsgər Məmmədli və s. Tarif (Qiymət) Şurasını məhkəməyə verib. Səbail Rayon Məhkəməsinə müraciət edən hüquqşünasların iddiasına Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarı səbəb olub. Hüquqşünaslar hesab edirlər ki, qəbul edilən qərarın rəsmi nəşrlərdə vaxtında dərc edilməməsi və aktın qəbul edilməsinə dair informasiyanın gec yayılması onların informasiya əldə etmək hüququnu pozub.


İddiaçılar məhkəmədən sözügedən qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.


Tarif (Qiymət) Şurası yanvarın 6-da enirjidaşıyıcıların və bir sıra xidmətlərin qiymətinin qaldırılmasına dair qərar qəbul edib.


XS
SM
MD
LG