Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Rusiyadan deportasiya olunan gürcülərin sənədləşdirmə ilə bağlı çətinlikləri yaranıb


Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Rusiya-Azərbaycan sərhədində Rusiyadan deportasiya olunan Gürcüstan vətəndaşlarının yenidən çətinlikləri yaranıb.


«Azadlıq» radiosunun müxbiri xəbər verir ki, Dərbənd nəzarət-buraxılış məntəqəsində qadınlar və uşaqlar da daxil olmaqla Rusiyadan deportasiya olunan 50 nəfər var. Onlar Rusiyadan çıxa bilmirlər. Rusiya sərhədçiləri onların sənədlərinin qaydasında olmadığını bildirirlər.


Güman ki, problemi yerində həll etmək üçün yaxın vaxtlarda Dağıstana Gürcüstan Xarici İşlər Nazirliyinin xüsusi konsul qrupu gələcək. Amma o da istisna deyil ki, deportasiya olunanlardan bəziləri Moskvaya qayıtmalı və sənədləşdirmə ilə bağlı problemləri həll etməli olacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG