Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:35

Müsavata «hə», «Azadlıq»a «yox»


AXCP-nin sədr müavini Həsən Kərimov deyir ki, onlar aksiyanı şəhərin mərkəzində keçirməkdə israrlıdırlar
AXCP-nin sədr müavini Həsən Kərimov deyir ki, onlar aksiyanı şəhərin mərkəzində keçirməkdə israrlıdırlar

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasına qiymətlərin artırılmasına etiraz olaraq yanvarın 28-də Xətai rayonundakı Ukrayna dairəsində mitinq keçirməsinə razılıq verib.


Bu, hakimiyyətin 2005-ci il parlament seçkilərindən sonra kütləvi aksiyaların keçirilməsinə verdiyi ilk icazədir.


Ancaq şəhər meriyası dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun yanvarın 26-da eyni tələblə paytaxtın mərkəzi yerlərindən birində («Sahil» bağında, Cəfər Cabbarlı heykəlinin yaxınlığında, «Səməd Vurğun» bağında və ya «Cavid» bağında) aksiya keçirmək müraciətinə rədd cavabı verib. BŞİH bloka ötən il paytaxtda kütləvi aksiyalar keçirmək üçün müəyyənləşdirdiyi yerlərdən birində mitinq keçirməyi təklif edib.


Bakı Şəhər İcra Hakimiyyəti mərkəzdə aksiyanın keçirilməsinə icazə verməməsini onunla əsaslandırır ki, həmin ərazilər dövlət müəssisələrinin yaxınlığındadır, yürüş-mitinq nəqliyyatın hərəkətinə və vətəndaşların istirahətinə maneə yarada bilər.


«Azadlıq» blokunun təmsil olunduğu AXCP-nin sədr müavini Həsən Kərimov isə deyir ki, onlar aksiyanı şəhərin mərkəzində keçirməkdə israrlıdırlar. Amma elə təhlükəsizlik baxımından mitinqin vaxtına bir neçə saat qalmışadək aksiyanın yerini məxfi saxlayacaqlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG