Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Quşlar infeksiyadan ölübmüş


Respublika Baytarlıq Laboratoriyasındakı müayinə zamanı bir neçə gün öncə Ağcabədi rayonunun Qaraxanlı kəndində və Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölmüş quşların «quş qripi»ndən deyil, məişət tipli infeksiyalardan tələf olduğu məlum olub. Dövlət Baytarlıq Xidmətindən bildirirlər ki, quşların tələf olduğu hər iki məntəqədə dezinfeksiya işləri aparılıb. Eyni zamanda, sahibkarlar xəbərdar olunublar ki, quşları baytarlıq-sanitariya qaydalarına uyğun saxlasınlar və xəstə quşların özbaşına müalicəsinə son qoyulsun.


Ölkədə «quş qripi» xəstəliyinin olmadığını bəyan edən Dövlət Baytarlıq Xidməti ev quşlarının qapalı şəkildə saxlanması, köçəri və çöl quşlarının ovlanmasına, diri quşların satılmasına qoyulan qadağanın qüvvədə qaldığını bəyan edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG