Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

Bakıdakı yanğında bir nəfər həlak olub


Yanvarın 24-də gecə saatlarında Bakının Sabunçu qəsəbəsi, Sultanov küçəsi 11-də yanğın baş verib. Yanğın nəticəsində ev sahibinin anası Sürmə Cəbiyeva həlak olub. Hadisə ilə bağlı Rayon Prokurorluğunda təhqiqat başlanıb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.


Fövqəladə Hallar Nazirliyinin məlumatında o da deyilir ki, yanvarın 23-də Ucarda və Gəncə şəhərində qazla ehtiyatsız rəftar ucbatından partlayış baş verib. Gəncənin Puşkin küçəsindəki 32 saylı evdə qaz sayğacı quraşdırılarkən yanğınla nəticələnən partlayış zamanı 20 yaşlı Ramin İbrahimov xəsarət alıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG