Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:19

AŞ PA hökumətin «Azadlıq» qəzeti və ANS-lə bağlı qərarını gözləyir


Cənab Herkel siyasi məhbuslarla bağlı irəliləyişin olmamasını da vurğulayır
Cənab Herkel siyasi məhbuslarla bağlı irəliləyişin olmamasını da vurğulayır

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) hökumətin müxalifət qəzeti olan «Azadlıq»ı yerlə təmin etməsini və ANS televiziyası ilə bağlı qərarını gözləyir. AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna açıqlamasında belə deyib. Cənab Herkelin sözlərinə görə, Bakının qurum qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməsi ilə bağlı hesabat Monitorinq Komitəsində müzakirə olunub. Bu zaman Azərbaycanda sərbəst toplaşmaq və söz azadlığının pozulması, müxalifətin durumunun pisləşməsi yönündə müzakirələr aparılıb: «Yaxşı olan budur ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov «Azadlıq» qəzetinə yer veriləcəyini bildirdi. Biz həm də ANS-lə bağlı məlumat gözləyirik. Müxalifət partiyalarının fəaliyyətinin məhdudlaşdırılması, ona normal şərait yaradılmaması, Monitorinq Komitəsindəki müzakirələrdə müxalifət təmsilçisinin olmaması, AXCP-nin qərargahından çıxarılması da bizi narahat edir. Azərbaycanda ən kəskin məsələ mətbuat azadlığına təzyiqlər, kütləvi aksiyaların keçirilməməsidir».


Cənab Herkel siyasi məhbuslarla bağlı irəliləyişin olmamasını da vurğulayır. Ancaq bununla belə, o, hökumətin bu yöndə müsbət addım atacağına ümid edir: «Bunlar təzə məsələ deyil. Sadəcə, pis konservləşdirilib».


Andres Herkel Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı müzakirələrin də iyun sessiyasında yox, aprel sessiyasında müzakirə olunacağını deyir. Buna səbəb həmməruzəçilərin Azərbaycan nümayəndə heyətinin onların hazırladığı hesabatla bağlı rəylərini martda hazır etməsi ilə bağlıdır. Ötən həftə Andres Herkel hesabatın əvvəldən planlaşdırıldığı kimi, apreldə yox, iyunda müzakirə oluna biləcəyini də istisna etməmişdi.



Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə «AzərTAc»a həmməruzəçi Toni Lloydun Azərbaycanda görülən işləri yüksək qiymətləndirdiyini və hesabatın müsbət olduğunu deyib. Eyni zamanda, cənab Seyidov həmməruzəçinin Azərbaycanın mövcud problemlərin həllini tapmaqda olduğunu və bu yöndə əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG