Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:30

Vartan Oskanyan Yerevanla Ankara arasında münasibətləri yaxşılaşdırmağın zəruriliyini bildirib


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan Yerevanla Ankara arasında münasibətləri yaxşılaşdırmağın zəruriliyini bildirib. Onun sözlərinə görə, bunu İstanbulda erməni əsilli Türkiyə jurnalisti Hrant Dinkin qətli tələb edir. Cənab Oskanyan həmçinin jurnalistin həyat yoldaşına başsağlığı məktubu da yollayıb.


Çərşənbə axşamı İstanbulda Dinkin dəfni keçirilib. Tədbirdə on minlərlə insan iştirak edib.


Dink Osmanlı imperiyasında ermənilərin soyqırımına dair məqalələri ilə tanınırdı. Buna görə o, dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub.


Qətli törətdiyini boynuna alan 17 yaşlı yeniyetmə hadisəni təkbaşına etdiyini bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG