Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

«Amerika İraqda uduzmamalıdır»


Buş ilk dəfə olaraq demokratların nəzarət etdiyi konqresdə çıxış edib
Buş ilk dəfə olaraq demokratların nəzarət etdiyi konqresdə çıxış edib

Amerika prezidenti Corc Buş Konqresdən İraqa daha çox əsgər göndərilməsini dəstəkləməyi xahiş edib. Buş İraqa 21.500 əlavə əsgər göndərilməsi planını uğur qazanmağın ən yaxşı imkanı kimi dəyərləndirib.


Corc Buş xalqa illik müraciətində deyib ki, İraqda uğursuzluq Yaxın Şərqdə münaqişənin genişlənməsinə gətirib çıxara bilər. Buş prezidentliyi dövründə ilk dəfə olaraq demokratların nəzarət etdiyi konqresdə çıxış edib. Onun sözlərinə görə, bütün variantlar diqqətlə götür-qoy edilib: «Həmvətənlərim, ordu komandirləri və mən variantları diqqətlə götür-qoy etdik. Bütün mümkün yanaşmaları müzakirə etdik. Sonda mən bu yolu seçdim, çünki bu, uğur qazanmaq üçün ən yaxşı imkandır. Bu zalda çoxları başa düşür ki, Amerika İraqda uduzmamalıdır. Çünki anlayırsınız ki, uğursuzluğun nəticəsi daha ağır və ciddi olar».


Virciniyadan olan deputat Cim Veb prezidentə demokratların formal cavabını çatdırıb. O, Buşu səhlənkarlıqda ittiham edib ki, Birləşmiş Ştatları müharibəyə aparır. Cim Veb Buşu İraqdan əsgərləri çıxarmağa çağırıb.


Buş illik çıxışında Belarusu daha çox siyasi azadlığa çağırıb, Livan, Əfqan və İraq xalqının demokratik uğurlarını alqışlayıb.


Ölkə daxili məsələlərə gəldikdə isə prezident deyib ki, səhiyyə və enerji sahələrinə diqqət artırılacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG