Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:53

İran Azərbaycanında əlillər üçün lazımı şərait mövcud deyil


İran Azərbaycanında əlillər üçün lazımı şərait mövcud deyil

İran Azərbaycanında əlillər üçün lazımı şərait mövcud deyil

İranın Şərqi Azərbaycan vilayəti Ümumi Rifah idarəsinin rəhbəri Hüseyn Mötəmidniya yanvarın 24-də Təbrizdə verdiyi mətbuat konfransında bildirib ki, vilayətin 7 faiz əhalisini təşkil edən təxminən 240 min nəfərlik əlilinin 179 mini qeydiyyatdan keçirilib və bunlardan yalnız 30 min 25 nəfəri səhiyyə və dərman baxımından dövlət nəzarəti altındadır.


Şərqi Azərbaycan vilayətinin əlillər üçün şərait çatışmazlığına etiraf edən Mötəmidniya eyni zamanda maddi və mədəni yoxsulluq və savadsızlığın da bu məsələdə böyük rol oynadığını bildirib. Belə ki, onun fikrincə, ailə üzvünün əlil olduğunu ört-basdır etməyə çalışan avam əhali mövcud şəraiti də onlardan əsirgəyir.


Şərqi Azərbaycan vilayətinin Ümumi Rifah idarəsinin rəsmi hesabatına əsasən vilayət əhalisinin 2 faizi cismi və fiziki çatışmazlıqlar, bir faizi danışıq və dinləmə qabiliyyəti, bir faizi korluq, yarım faizi zehni çatışmazlıqlar və digər bir faizi isə başqa əlilliklərdən əziyyət çəkir. Həmin məlumata əsasən hazırda Şərqi Azərbaycan vilayətinin İlxıçı, Üskü, Miyana, Əhər və Qaradağ mahallarında əlillər üçün daha az imkan və şərait mövcuddur.


Şərqi Azərbaycan vilayəti Ümumi Rifah idarəsinin sədri Hüseyn Mötəmidniya əlil uşaqların təlim-tərbiyəsi üçün xüsusi müəllim sayının artırması, elmi mərkəzlər və səhiyyə imkanlarının genişləndirilməsi kimi yeni tədbirlər həyata keçiriləcəyini bildirib.


XS
SM
MD
LG