Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:32

ANS-in tezliklərinə elan olunmuş müsabiqənin nəticələri ləğv oluna bilər


ANS Şirkətlər Qrupu deyilənlərə şərh vermək istəmir
ANS Şirkətlər Qrupu deyilənlərə şərh vermək istəmir

ANS TV və ANS ÇM radiosunun tezliklərinə elan olunmuş müsabiqənin nəticələri ləğv oluna bilər.Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, «Satınalmalar haqqında» qanunun tələbinə əsasən, müsabiqəyə yalnız bir iddiaçı qatıldığından ANS TV və ANS ÇM radiosunun tezliklərinə elan olunmuş müsabiqənin nəticələri ləğv oluna bilər: «Sözügedən qanuna əsasən, müsabiqədə azı üç iddiaçı iştirak etməlidir, əks halda, onun nəticələri ləğv olunmalı, yeni müsabiqə elan edilməlidir».


Cənab Məhərrəmli «Satınalmalar haqqında» qanunda istisna hallar nəzərdə tutulmadığından ANS-lə bağlı yeni müsabiqənin keçiriləcəyini deyir. Amma əlavə edir ki, bu haqda son sözü Şura üzvləri deməlidirlər və onların qərarı gələn həftə keçiriləcək toplantıda veriləcək.


ANS Şirkətlər Qrupu isə deyilənlərə şərh vermək istəmir. Şirkətlər Qrupunun təsisçilərindən olan Seyfulla Mustafayevin sözlərinə görə, onlar qərar veriləndən sonra mövqelərini açıqlayacaqlar.


Ötən il noyabrın 24-də MTRŞ çoxsaylı xəbərdarlıqlarını nəzərə almadığına görə, ANS TV və ANS ÇM radiosunun lisenziya müddətini uzatmaqdan imtina etmiş və onların tezliklərində başqa televiziya və radioların yayımlanması üçün müsabiqə elan etmişdi. Bu müsabiqəyə ANS televiziyası və radiosundan başqa sənəd verən olmayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG