Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20

Güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edildi


Azərbaycanda ipoteka şərtlərində dəyişikliklər edildi

Azərbaycanda ipoteka şərtlərində dəyişikliklər edildi

Azərbaycanda ipoteka şərtlərində dəyişikliklər edildi. Prezident İlham Əliyev yanvarın 23-də bu haqda bir sıra qanunlarda dəyişikliklər edilməsi haqqında fərmanlar imzalayıb.


Prezident güzəştli ipoteka kreditlərinin verilməsi qaydalını təsdiq edib. Güzəştli ipoteka kreditinin maksimal məbləği 35 000 manat müəyyənləşib. Güzəştli kredit 3 ildən 30 ilədək illik faiz dərəcəsi 4%-dən çox olmamaq şərti ilə verilir.


İpoteka kreditləri Milli Qəhrəman, şəhid ailəsinin üzvlərinə, məcburi köçkün və ya ona bərabər tutulan şəxslərə, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən, elmi dərəcəsi olan, idman sahəsində xüsusi xidmətlər göstərmiş şəxslərə, üç ildən az olmayan müddətdə hərbi xidmətdə keçmiş hərbi qulluqçulara şamil edilir.


Adi ipotekanın verilməsi mexanizmi də təkmilləşdirilib. Bundan sonra kredit 25 illiyə və maksimum 50.000 manat həcmində veriləcək. İllik faiz dərəcəsi isə 12 faizdən 8 faizə endirilib.


Bütün fərmanlar imzalandığı gündən qüvvəyə minir. Azərbaycanda mənzil almaq üçün ipoteka kreditləri ötən ilin əvvəlindən verilməyə başlanılıb. Bu vaxta kimi 200-dən çox ailə bu kreditlərdən faydalanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG