Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:08

Elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin maaşları 50 faiz artırıldı


Prezident İlham Əliyev yanvarın 23-də Milli Elmlər Akademiyasının tabeliyində olan elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan dövlət büdcəsindən maliyyələşən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin aylıq vəzifə (tarif) maaşları 2007-ci il fevralın 1-dən orta hesabla 50 faiz artırılır.


Dövlət başçısı həmçinin, fevral ayının 1-dən Fövqəladə Hallar Nazirliyinin, rayon və şəhər səfərbərlik qurumlarının, ekologiya, hidrometeorologiya, su, meşə və balıqçılıq təsərrüfatlarının büdcədən maliyyələşən əməkdaşlarının maaşlarının 25 faiz artırılması barədə sərəncam verib.


XS
SM
MD
LG