Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:09

Nicat Dağlara maddi və hüquqi dəstək vermək üçün Komitə yaradıldı


Ötən il dekabrın 25-də evdən işə gedərkən naməlum şəxslər tərəfindən döyülən «Azadlıq» qəzetinin əməkdaşı Nicat Dağlar maliyyə çatışmazlığından müalicəsini davam etdirə bilmədiyini deyir. Bunu nəzərə alan «Qafqaz» Media Tədqiqatları Mərkəzi Nicat Dağlara maddi yardım və hüquqlarını müdafiə etmək məqsədilə Komitə yaradıb. Komitədən bildirirlər ki, jurnalistin müalicəsini davam etdirə bilməsi üçün yerli və xarici qurumlara, Qeyri-Hökumət Təşkilatlarına da müraciət ediləcək.


Nicat Dağlar beyin silkələnməsi və nevrozdan əziyyət çəkdiyini, dərmanlar bahalı olduğundan müalicəni ardıcıl apara bilmədiyini deyir. Hətta o, bu məqsədlə bankda xüsusi hesab da açdırıb.
XS
SM
MD
LG