Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:37

Maaş artımı qiymət artımı ilə tarazlıq təşkil edirmi?


Hazırda istehlak zənbilinin dəyəri 80 manatdan aşağı deyil

Hazırda istehlak zənbilinin dəyəri 80 manatdan aşağı deyil

Qiymət artımından sonra maaş və pensiyaların da artırılması vəziyyəti nə dərəcədə dəyişəcək? Məsələyə münasibətdə iqtisadçı ekspertlər arasında fikir ayrılığı mövcuddur.


YAP-üzvü Səttar Səfərov deyir ki, prezidentin əməkhaqqılarını və pensiyaları artırması qiymət artımı ilə tarazlıq təşkil edəcək. Müsavat partiyasının iqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu isə hesab edir ki, əslində əməkhaqqıların artırılması son vaxtların qiymət artımı ilə bağlı yaranan vəziyyətə o qədər də müsbət təsir etməyəcək.


Minimum əməkhaqqının dəyəri fevralın 1-dən 50 manat nəzərdə tutulur. Yaşayış minimumunun dəyəri isə ötən il parlamentin təsdiqlədiyi hesabla 64 manatdır. Bu özü yaşayış minimumu ilə minimum əməkhaqqı arasında fərqin göstəricisidir. Amma, bu yaşayış minimumunun qiymətlərin bahalaşması nəzərə alınmadan olan dəyəridir.


O, hesabla yeni qiymət artımını nəzərə alanda yaşayış minimumunun dəyəri-yəni 64 manat ən azı 20 faiz artıma məruz qalıb. Bu da onu deməyə əsas verir ki, istehlak zənbilinin dəyəri 80 manatdan aşağı deyil. Cənab İbadoğlu minimum əməkhaqqının -50 manatın yaşayış minimumuna çatmadığını və onun 60 faizini təşkil etdiyini bildirir: «Əgər vətəndaş həmin 50 manatın 10 manatını kommunal ödənişlərə sərf etsə, indiki qiymətlərlə yerdə qalan 40 manatla ayı başa vurmaq mümkün deyil». İqtisadçı hələ qiymətlərin növbəti dəfə də bahalaşması gözləyir.


Ekspertlər deyir ki, minimum əməkhaqqıların artırılmasının işləməyən vətəndaşlara dəxli yoxdur. Onların vəziyyəti başqa proqramlarla tənzimlənməlidir. Ünvanlı sosial yardım 35-manatdan ən azı 40 manata qaldırılmalıdır ki onlara kömək olsun. Çünki, yaşayış minimumu ilə qiymət artımı kifayət qədər ziddiyyət təşkil edir.


Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini İlyas Əliyev isə deyir ki, minimum əməkhaqqının artırılmasının qiymət artımına təxminən hansı təsiri göstərməsini bir neçə gündən sonra demək mümkündür. Ancaq, son artımlardan sonra minimum əməkhaqqı minimum istehlak büdcəsinə xeyli yaxınlaşdırılıb.


Bəzi rəsmilər və deputatlar əslində minimum əmək haqqının ən azı 70 manat olmasını normal sayırlar. Bu fikir 2007-ci ilin büdcəsi müzakirə olunarkən də səslənmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG