Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

Arxeoloji tapıntılar barədə kitab hazırlanır


Gəncə və Gəncəbasar zonasında yeni tapılan arxeoloji tapıntılar barədə kitab hazırlanır. Bu barədə «Azadlıq» radiosuna Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun rəhbəri Səyyaf Paşayev məlumat verib. Onun sözlərinə görə, bir neçə ildir ki, qədim Gəncə ərazisində, Kəpəz, Qoşqar dağları və Kür çayının sahilində bir çox qədim məişət əşyaları tapılıb, amma indiyədək bu tapıntılar öyrənilməyib: «Məsələn, keramikadan və dulusçuluqdan olan bəzi əşyalar var ki, onların üstündəki naxışlara indiyədək tapılan başqa qədim əşyalarda rast gəlinməyib».

Kitabda hələ tədqiq olunmayan Daşkəsəndə aşkar edilmiş qalalar, ehramlar, Kəpəz dağı ərazisindəki ayin yerləri, oğuz və alban tayfalarına mənsubluğu güman edilən qəbiristanlıqlar barədə də məlumatlar öz əksini tapacaq.


XS
SM
MD
LG