Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:21

Baş Prokurorluq Berezovskiyə qarşı cinayət işinin dayandırılmadığını bəyan edir


Rusiyanın Baş Prokurorluğu milyarder Boris Berezovskiyə qarşı cinayət işinin dayandırılması haqda məlumatları təkzib edib. Yanvarın 22-də cənab Berezovskinin vəkili Andrey Borovkov prokurorluğa istinadən işin dayandırıldığını bildirib. Vəkil deyib ki, prokurorluq təqsirləndirilən şəxsin iştirakı olmadan işin sonrakı istintaqını mümkün saymır.

Rusiyada «hakimiyyətin zorla ələ keçirilməsi» bəyanatı ilə əlaqədar ötən ilin fevralında Boris Berezovskiyə qarşı cinayət işi qaldırılıb.


Cənab Berezovski hazırda Böyük Britaniyada yaşayır, 2003-cü ildə ona siyasi qaçqın statusu verilib.


XS
SM
MD
LG