Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:10

BMT-də Azərbaycanda qadın hüquqlarına dair məsələ müzakirə olunacaq


BMT-nin qadınlar üzrə komitəsinin 37-ci sessiyası davam edir
BMT-nin qadınlar üzrə komitəsinin 37-ci sessiyası davam edir

Yanvarın 23-də - BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin 37-ci sessiyasında Azərbaycan «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiya»nın tələblərini necə icra etməsi haqda hesabat verəcək. Ölkə üzrə məruzəni nümayəndə heyətinə rəhbərlik edən Ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitənin sədri Hicran Hüseynova təqdim edəcək.


Komitənin beynəlxalq əlaqələr şöbəsindən Vüsalə Əliyeva «Azadlıq» radiosuna bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən nümayəndə heyətinə daxili işlər nazirinin müavini Oruc Zalov, XİN, Ədliyyə Nazirliyi nümayəndələri, Naxçıvan MR rəhbərliyi və digər rəsmi şəxslər daxildirlər.


Yanvarın 15-də başlayan sessiyada «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiya»ya əməl edilməsi barədə hesabatlar nəzərdən keçiriləcək. Sessiyada Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin məruzəsinin dinlənilməsi və dövrü hesabatlarına baxış nəzərdə tutulur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG