Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

Azərbaycanda işlə təmin olunmaq üçün 100-ə yaxın miqrant müraciət edib


Miqrantların həm paytaxtda, həm də regionlarda işlə təmin olunması yönündə araşdırma aparılır

Miqrantların həm paytaxtda, həm də regionlarda işlə təmin olunması yönündə araşdırma aparılır

Yüzə yaxın miqrant Azərbaycana qayıdaraq işlə təmin olunmaq üçün Rusiyadakı qərargahlara müraciət edib. Bunu Rusiyadakı azərbaycanlıların problemlərini öyrənmək məqsədilə yaradılmış Dövlət Komissiyasında İşçi Qrupun rəhbəri Şakir Səlimov deyir. Onun sözlərinə görə, həmin müraciətlər Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə çatdırılıb. Nazirlik miqrantların həm paytaxtda, həm də regionlarda işlə təmin olunması yönündə araşdırma aparır.

Yanvarın 23-də isə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiyaya ezam olunacaq əməkdaşları miqrantlarla bağlı yaradılmış qərargahlara kompyuter və texniki avadanlıqlar çatdıracaqlar.


Yanvarın 15-dən Rusiyada miqrantlar haqda yeni qanun qüvvəyə minib. Həmin sənədə görə, ölkə ticarətində işləyən miqrantların sayı 40 faizdən artıq olmamalıdır.


XS
SM
MD
LG