Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 05:25

Qiymət artımından sonra ərzaq məhsullarının keyfiyyəti aşağı düşüb


«Azərbaycanda təmiz mal yoxdur»
«Azərbaycanda təmiz mal yoxdur»
İndi bazarda, dükanda mal alanda aldanmaq ehtimalı artıb. Bakıda söhbət etdiyim alıcıların çoxu qiymət artımından sonra ərzaq məhsullarının əvvəlki keyfiyyətdə olmadığından şikayətçidirlər.

- Heç bilmirsən, nə alırsan. Şit yağdır, yoxsa marqarin, onu bilmək olmur.


- Baxırıq ki, «sroku» yaxşıdır, evdə görürük ki, mal saxtadır.


- Əvvəl mallar elə idi ki, yoxlanıb satışa buraxılırdı, indi haradan gəldi alırlar. Burda hansı keyfiyyətdən söhbət gedə bilər?


Azad İstehlakçılar Birliyindən Eyyub Hüseynov deyir ki, məhsulların keyfiyyətinin azalması səbəbini satıcılarda axtarmaq düzgün deyil. Onun sözlərinə görə, dövlət məmurları öz səlahiyyətlərini aşaraq, bazar qanunlarını pozurlar. Nəticədə isə uduzan tərəf yenə də istehlakçı olur: «Qiymətin qalxdığı belə bir vəziyyətdə keyfiyyətin minimum qalxması müşahidə edilməli idi. Lakin bu da baş vermir. Dövlət məmurunun qorxusundan keyfiyyəti aşağı salma prosesi gedir. Çörəyin qiymətini sabit saxlamaqla, çəkisini, keyfiyyətini aşağı salma prosesi gedir. Çünki məmur yumruğundan qorxur sahibkarlar».


Tarif Şurasının yanvarın 8-dən yanacaq və enerjidaşıyıcıların qiymətinin artırılması barədə qərarından sonra, artıq alıcılar əvvəllər aldıqları məhsullara görə, daha çox pul verməli olublar. Amma bu qiymət artımına adekvat olaraq, alıcılar da, malların keyfiyyətli olmasını tələb edirlər:


- Əlac başqa nəyə qalır, məcbursan alıb yeyəsən.


- Azərbaycanda təmiz mal yoxdur.


- Köhnə mallar satırlar. Heç baxan da yoxdur.


Alıcıların narazılıqlarına baxmayaraq, dövlət nümayəndələri də, bu halı nəzarətdə saxladıqlarını deyirlər. İqtisadi İnkişaf Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev qiymətlərin süni artırılmasının da onların diqqətində olduğunu deyir: «Bizim nazirlik qiymətlərin süni artırılması ilə bağlı tədbirlər görür. Hazırda süni qiymət artımının demək olar ki, qarşısı alınıb».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG