Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Gəncədə qiymət artımına etirazla bağlı aksiyaya icazə verilməyib


Gəncə Şəhər İcra Hakimiyyəti bir qrup QHT nümayəndəsinin Tarif Şurasının yanvarın 6-da yanacağın, elektrik enerjisinin qiymətinin artmasına etiraz olaraq keçirmək istədiyi aksiyaya icazə verməyib. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Helsinki Vətəndaş Assambleyasının Gəncə şöbəsinin rəhbəri Akifə Əliyevanın sözlərinə görə, şəhər rəhbərliyi aksiyaya icazə verməməsini müraciətdə göstərilən marşrutların istirahət yeri olmasıyla əsaslandırıb. A.Əliyeva həmkarlarıyla məsləhətləşəndən sonra növbəti addımın dəqiqləşəcəyini də bildirib.


Ötən həftə bir qrup QHT təmsilçisi yanvarın 24-də etiraz aksiyası keçirmək üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG