Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:00

Əməkhaqları artırıldı


Bu məqsədlə büdcədən 700 milyon manat ayrılacaq

Bu məqsədlə büdcədən 700 milyon manat ayrılacaq

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2007-ci il fevralın 1-dən büdcədən maliyyələşən təşkilatlarda çalışanların -- sosial təminat, elm (Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla), mədəniyyət, idman, səhiyyə və təhsil sahələrində işləyənlərin əməkhaqları 25 faiz artırılıb.

Minimum əməkhaqqı və yaşa görə pensiyaların baza hissəsi isə 2007-ci il fevralın 1-dən 50 manat müəyyən edilib.


Yanvarın 22-də ötən ilin yekunlarına həsr olunmuş müşavirədə İlham Əliyev bu məqsədlə büdcədən 700 milyon manat ayrılacağını bildirmişdi.


Prezident Tarif Şurasının enerjidaşıyıcılar və kommunal xərclərin qiymətini artırmasını zərurət kimi qiymətləndirib. Ancaq əlavə edib ki, hökumət sosial siyasəti gücləndirəcək: «Biz imkan verə bilmərik ki, insanlar bazar iqtisadiyyatına xas olan prinsiplərin Azərbaycanda tətbiqindən əziyyət çəksinlər».


Bu il yanvarın 8-dən Tarif Şurasının qərarı ilə enerjidaşıyıcıların, kommunal xərclərin qiyməti və nəqliyyatda gediş haqqı artırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG