Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

XƏBƏRLƏR


Kitabxanaların inkişafına dair proqram həyata keçiriləcək

Azərbaycan kitabxanalarının inkişafına dair Dövlət Proqramı bu ildən gerçəkləşdirilməyə başlanacaq. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin açıqlamasına görə, artıq bu işdən ötrü bəlli miqdarda vəsait də nəzərdə tutulub. Nəticədə ölkə kitabxanaları müasirləşdiriləcək, cəmiyyətin biliyə və hər cür məlumata olan tələbatını ödəmək iqtidarında olacaq.



«Əlvida cənub şəhəri» filmi Berlin festivalında göstəriləcək


«Qızıl çıraq» milli kino şənliyində «ən yaxşı bədii film» adına layiq görülən bu ekran əsəri Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilib. Rejissor Oleq Səfərəliyevin quruluş verdiyi «Əlvida cənub şəhəri» filmində ünlü sənətçilərdən Fəxrəddin Manafov, Mehriban Zəki, Fuad Poladov, Tofiq Mirzəyev və başqaları rol alıblar.



Azərbaycan dekorativ-tətbiqi sənəti haqqında ensiklopediya nəşr ediləcək


Bu haqda məlumatı Rəssamlar İttifaqı sədrinin müşaviri Ənvər Qarayev dilə gətirib. Tələb olunan vəsaiti ödəmək üçün YUNESKO-ya müraciət edilib. Ənvər Qarayevin sözlərinə görə, artıq məktuba cavab gəlib və YUNESKO bu məsələnin həllini öz üzərinə götürməyə razılıq verib. Ensiklopediyada xalça, keramika, rəsm və başqa sahələrin özəllikləri barədə bilgilər yer alacaq.


XS
SM
MD
LG