Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Rusiyanın Gürcüstandakı səfiri Tbilisiyə qayıdır


Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko yanvarın 22-də Tbilisiyə qayıdır. Ötən cümə axşamı Kovalenko ilə görüşdə Rusiya prezidenti Vladimir Putin Gürcüstanla problemləri nizamlamaq niyyətini təsdiq edib.

Rusiya Xarici İşlər Nazirliyindən «İnterfaks»a bildiriblər ki, Gürcüstana qarşı tətbiq olunan viza, poçt və aviasiya məhdudiyyətlərinin ləğvi hələlik planlaşdırılmır.


Rusiyanın Gürcüstandakı səfiri iki ölkə arasında münasibətlərin kəskin pisləşməsi ilə əlaqədar ötən ilin sentyabrında məsləhətləşmələr üçün Moskvaya geri çağırılmışdı. Həmin vaxt Gürcüstan hakimiyyəti casusluq ittihamı ilə Rusiyanın beş hərbçisini saxlamışdı.


XS
SM
MD
LG