Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:32

MTN İTV-nin saytının dağıdılmasıyla bağlı araşdırma aparacaq


Erməni xakerlərinin Azərbaycana xəbərdarlığı
Erməni xakerlərinin Azərbaycana xəbərdarlığı

Erməni hakerləri Azərbaycanın İctimai Televiziyasının (İTV) saytını dağıdıblar. Televiziyanın saytına qoyulan məlumatda haker özünü Ermənistan xüsusi xidmət orqanının əməkdaşı kimi təqdim edib, Azərbaycanın xüsusi xidmət orqanlarına qeyri-rəsmi xəbərdarlıq etmək istədiyini yazır. Haker bildirir ki, son zamanlar azərbaycanlı həmkarlarından biri Ermənistanın dövlət orqanlarının saytlarını və elektron poçtlarını dağıdır. Həmin şəxsin kimliyini də artıq müəyyən ediblər. Xəbərdarlığın müəllifi qeyd edir ki, azərbaycanlı haker əməlinə son qoymasa, o, öldürüləcək.


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayevsə həmin xəbərdarlığa ciddi yanaşmamağı tövsiyə etsə də, nazirliyin bu yöndə araşdırmalar aparacağını deyir: «İctimai Televiziyanın saytının dağıdılması və belə bir xəbərdarlığın edilməsi faktdır. MTN digər mütəxəssislərlə bu yöndə araşdırmalar aparacaq».


İTV-nin Mətbuat Xidmətinin rəhbəri Tahir Məmmədov da saytın bərpası yönündə işə başlanıldığını və rəhbərliyin hüquq-mühafizə orqanları ilə danışıqlar apardığını deyir.


İki gün əvvəl - 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsinin növbəti ildönümündə azərbaycanlı hakerlər də SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun saytını dağıtmış və ora 20 yanvar hadisələri ilə bağlı fotolar və yazılar yerləşdirmişdilər.


Azərbaycanlı və erməni hakerlər vaxtaşırı rəsmi və ya qeyri-rəsmi saytları dağıdırlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG