Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Fidel Kastro öz həyatı uğrunda mübarizə aparır


Bir neçə aydır ağır xəstə olan Kuba lideri Fidel Kastro öz həyatı uğrunda mübarizə aparır. Bunu Venesuela prezidenti Uqo Çaves bildirib.

Braziliyaya səfəri zamanı Çaves deyib ki, bir neçə gün qabaq Kastro ilə telefonla danışıb.


Çaves Fidel Kastronun tezliklə sağalacağına ümid bəslədiyini desə də, vəziyyətin ciddi olduğunu etiraf edib.


Fidel Kastro ötən ilin iyulundan bəri xalq qarşısına çıxmayıb. Onun konkret nədən əziyyət çəkdiyi barədə məlumat verilmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG