Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Türkiyə polisi Hrant Dinki qətlə yetirməkdə şübhəli bilinən şəxsin şəklini yayıb


Türkiyə polisi erməni əsilli jurnalist Hrant Dinki öldürdüyü güman edilən şəxsin şəklini yayıb.

Şəkli qətlin törədildiyi küçədə quraşdırılan izləmə kamerası çəkib. Polis istintaqa yardım xahişi ilə ictimaiyyətə müraciət edib.


Hökumət nümayəndəli bildiriblər ki, iş üzrə hələlik heç kim həbs olunmayıb – bir gün əvvəl saxlanılan üç nəfər buraxılıb.


53 yaşlı Hrant Dink yanvarın 19-da İstanbulda qətlə yetirilib. Jurnalist Osmanlı İmperiyasında ermənilərin soyqırımına məruz qalmaları ilə bağlı yazılar çap etdirdiyi üçün dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Türk millətçiləri tez-tez onu divan tutmaqla hədələyirdilər.


Türk ermənilərinin ruhani lideri patriarx Mesrob Hrant Dinkin ölümü ilə bağlı 15 günlük matəm elan edib.


Avropa Birliyi, Birləşmiş Ştatlar və Ermənistan qətli pisləyiblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG