Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

Bakı 20 Yanvar qurbanlarını anır


Ziyarət mərasimi gecə saatlarına qədər davam edəcək.

Ziyarət mərasimi gecə saatlarına qədər davam edəcək.

Bakıda minlərlə insan Şəhidlər Xiyabanına gələrək 1990-cı il Yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğının qurbanlarını yad edir. Ziyarət mərasimi gecə saatlarına qədər davam edəcək.

Yanvarın 19-da qısamüddətli məzuniyyətdən qayıdan prezident İlham Əliyev də Şəhidlər Xiyabanını ziyarət edib. Dövlət başçısı burada xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, dini icmaların başçılarının başsağlığını qəbul edib.


Paytaxt Bakı, başqa rayon və şəhərlərin sakinləri, eləcə də xarici ölkələrdən gəlmiş qonaqların Şəhidlər Xiyabanını ziyarəti davam edir.


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində 132 nəfər qətlə yetirilib, 600-dən çox adam yaralanıb, 800-dən artıq adam isə həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG