Saytın birinci səhifəsində 20 Yanvar hadisələrini əks etdirən fotomateriallar və məlumatlar yerləşdirilib. 1990-cı il yanvarın 20-də Bakıya Sovet qoşunları yeridilib, nəticədə 134 dinc sakin həlak olub, 600-dən çox adam yaralanıb.
Saytda həmçinin, Bakı sakinlərinin qətlə yetirilməsində məsuliyyət daşıdığına dair Mixail Qorbaçova açıq məktub yerləşdirilib.