Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:51

«Azərbaycan vətəndaşlarının Leninqrad vilayətində işləməsi üçün kvotanı artırmaq lazımdır»


Rusiyada miqrantlarla bağlı yeni qaydaların tətbiqini nəzərə alaraq Azərbaycan vətəndaşlarının Leninqrad vilayətində işləməsi üçün kvotanı artırmaq lazımdır. «Trend» Agentliyinin məlumatına görə, bunu vilayətin vitse-qubernatoru Andrey Burlakov yanvarın 19-da Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovla görüşü zamanı deyib. Cənab Burlakov bildirib ki, Leninqrad vilayətində işçi qüvvəsinə ciddi ehtiyac var. O, Azərbaycan vətəndaşlarının həmin iş yerlərinə cəlb edilməsi üçün kvotanın artırılmasının zəruri olduğunu qeyd edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG